• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanın oynadığı önəmli rolu nəzərə almamaq Aİ-nin öz əleyhinədir

SİYASƏT

19 Mart 2024 | 09:35

Azərbaycanın oynadığı önəmli rolu nəzərə almamaq Aİ-nin öz əleyhinədir

"Avropa İttifaqı Ermənistanı öz nəzarətində saxlamaq, Ermənistanı cəsarətləndirmək və Qərbə yaxınlaşması üçün daha ciddi addımlar atmağa sövq edir".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Avropa Parlamentinin Ermənistanla bağlı qəbul etdiyi qətnamədə Azərbaycan əleyhinə fikirlər yer alması Bakıya təzyiqləri artırmaq və İrəvana daha çox güzəştə getməyə məcbur etməkdir.

Onun sözlərinə görə, Avropa İttifaqı Cənubi Qafqazda sülhün əldə olunmasından daha çox, sülhə kölgə salmaqla məşğuldur:

“Onsuz da Avropa İttifaqının Ermənistandakı "mülki müşahidə" missiyasının varlığı sülhə yaxınlaşmağa heç bir töhfə vermədi. Əksinə, Ermənistanı daha da cəsarətləndirdi. Ermənistandan Rusiyaya qarşı bir alət kimi istifadə etdilər. Hazırda Ermənistan rəhbərliyi Rusiyadan mərhələli şəkildə uzaqlaşmaq, Moskvanı bu ərazidən sıxışdırıb çıxartmaq və onun boşluğunu Avropa İttifaqı, xüsusilə Fransa ilə doldurmaq niyyətindədir. Son dövrdə Fransanın aktiv şəkildə Ermənistanı silahlandırması da bu prosesə hazırlıq kimi dəyərləndirilməlidir. Eyni zamanda, Fransa Ermənistanı Azərbaycanla müharibəyə hazırlamaq mövqeyi ortaya qoyur. Çox təəssüflər ki, Avropa İttifaqı da növbəti dəfə yanlışa əl ataraq qərəzli və əsası olmayan ittihamlarla dolu qətnamə hazırladı. Ancaq bu qətnamə sülhün təşviqinə heç bir töhfə vermir. Azərbaycanla münasibətləri daha da soyudur və regionda faktiki olaraq gərginliyi artırır".

Müsahibimiz qeyd edib ki, Azərbaycan 3 ildən artıqdır sülh danışıqları prosesində bütün mümkün vasitələri işə salıb:

"Hazırda Ermənistanla Azərbaycan arasında sülhün imzalanması heç vaxt bu qədər yaxın olmayıb. Ermənistanla Azərbaycan nümayəndələri arasında vasitəçi olmadan görüşlər keçirilir. Delimitasiya və demarkasiya ilə bağlı 7 görüş baş tutub və müəyyən irəliləyişlər var. Ermənistanın Baş naziri Nikol Paşinyan ara-sıra qərəzli açıqlamalar versə də, nəticə etibarilə verdiyi bəzi sözləri tutmağa məcbur qalır”.

Deputat qeyd edib ki, amma əfsuslar olsun ki, Fransa və Avropa İttifaqı, o cümlədən Avropa Parlamentinin qərəzli davranışları İrəvanın sülh saşizini imzalamasına maneçilik törədir. Onların niyyəti odur ki, ümumiyyətlə sülh olmasın.

Naqif Həmzəyev:  Avropa İttifaqı Cənubi Qafqazda sülhün əldə olunmasından daha çox, sülhə kölgə salmaqla məşğuldur

N.Həmzəyev bildirib ki, istənilən halda Azərbaycan sülhə məcburetmə siyasətini uğurla davam etdirəcək və irəli sürdüyü 5 baza prinsipi əsasında sülhün imzalanmasına nail olacaq:

“Avropa Parlamenti isə bu cür qətnamələr qəbul etməklə Azərbaycanla münasibətləri daha da gərginləşdirəcək və özünə ziyan vurmuş olacaq. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı önəmli rolu nəzərə almamaq Aİ-nin öz əleyhinədir".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Aprel 2024