• Bakı 16° C

    12.84 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Prezident qambiyalı həmkarını COP29-a dəvət etdi

SİYASƏT

17 Aprel 2024 | 16:20

Prezident qambiyalı həmkarını COP29-a dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrounu (Adama Barrow) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov "X" hesabında yazıb.

N.Səfərov Qambiyanın Mərakeşdəki səfiri Saffi Lou Sisey (Saffie Lowe Ceesay) ilə görüşüb və dəvət məktubunu ona çatdırıb.


SON XƏBƏRLƏR