• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

"Azərbaycan COP çərçivəsində Çinlə əməkdaşlığa hazırdır" - İlham Əliyev

SİYASƏT

13 Mart 2024 | 20:27 | Müəllif: Subhan Mahmudov

"Azərbaycan COP çərçivəsində Çinlə əməkdaşlığa hazırdır" - İlham Əliyev

"Azərbaycan Çinlə COP çərçivəsində əməkdaşlıq etməyə hazırdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib.

Dövlət başçısı Çinin bərpaolunan enerji sahəsində mükəmməl texnoloji nailiyyətlərə imza atdığını, bu sahədə Azərbaycanın Çinlə əməkdaşlığa hazır olduğunu deyib.

Prezident İlham Əliyev yaşıl keçidin Azərbaycanın prioritetlərindən biri olduğunu qeyd edərək, bu sahədə birgə istehsal müəssisələrinin yaradılmasında da ölkəmizin maraqlı olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR