• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Tacikistan prezidenti Azərbaycana gələcək

SİYASƏT

12 Aprel 2024 | 19:49

Tacikistan prezidenti Azərbaycana gələcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramovla tacik həmkarı Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb.

Qeyd edək ki, nazirlərin görüşü Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində baş tutub.

“Nazirlər həmçinin mayın ikinci ongünlüyündə Azərbaycanda Tacikistanın mədəniyyət günləri, Tacikistan kinosu günləri və Azərbaycan-Tacikistan biznes forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə XİN-dən bildirilib.

Həmçinin, beynəlxalq gündəm məsələləri də müzakirə edilib.


SON XƏBƏRLƏR

26 Iyul 2024