• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa İttifaqı Ukrayna ilə bağlı razılığa gəldi

SİYASƏT

11 May 2024 | 18:00 | Müəllif: Gülşən Şərif

Avropa İttifaqı Ukrayna ilə bağlı razılığa gəldi

Avropa İttifaqı Rusiyanın hücumuna məruz qalan Ukrayna üçün təhlükəsizlik təminatları barədə razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, saziş layihəsi hazırda hələ də Avropa Xarici Fəaliyyət Xidməti və Kiyev hökuməti tərəfindən razılaşdırılır. Sənəd iyulun əvvəlində qüvvəyə minməlidir və Ukrayna Avropa İttifaqına və NATO-ya daxil olana qədər qüvvədə olacaq.

Müqavilə layihəsinə əsasən, Avropa İttifaqı Ukraynaya qarşı yeni hücumlar zamanı Kiyevə dərhal məsləhətləşmələrin keçirilməsinə zəmanət verir. Bununla bərabər, Ukraynaya yeni hücumlar zamanı Ukrayna ordusunun tərəfində avropalı əsgərlərin iştirakı dolayısı ilə istisna edilir. (musavat.com)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026