• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Erməni həyasızlığı! – “Mirzoyan iddia etmişdi ki…”

SİYASƏT

10 Iyun 2024 | 17:25

Erməni həyasızlığı! – “Mirzoyan iddia etmişdi ki…”

Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil. Bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib. Prezident vurğulayıb ki, iki ölkənin hərbi potensialını, demoqrafik potensialını, iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir. 

Azad Vətən Partiyasının sədri Akif Nağı Bakivaxti.az-a açıqlamasında deyib ki, dövlət başçısı İlham Əliyev TÜRKPA ölkələrinin parlament sədrləri ilə görüşündə vurğuladı ki, sülh müqaviləsi ilə bağlı açıq qalan məsələlər var. 

Partiya rəhbəri bildirib ki, Prezident Ermənistanın mövcud konstitusiyasında zəruri dəyişikliyə ehtiyac olduğunu, orada Azərbaycana və Türkiyəyə ərazi iddiaları qaldığını söylədi: 

"Əslində Azərbaycan rəhhərliyi bu məsələyə bir neçə dəfə münasibət bildirib. Ermənistan tərəfində müxalifət və revanşistlər hökuməti ittiham edirlər ki, guya onlar Azərbaycanın tələbi ilə konstitusiyanı dəyişdirmək istəyirlər. Bizim heç bir tələbimiz yoxdur, bu məsələ Ermənistanın daxili işidir, özləri bilərlər. Ancaq bizi narahat edən məqam ermənilərin əsas qanunlarında Azərbaycan və Türkiyəyə ərazi iddialarının, "Miatsum" kimi mənasız məsələlərin qalmasıdır. Əgər İrəvan qalıcı sülh istəyirsə, mütləq konstitusiyada dəyişikliyə getməlidir. Əks halda mövcud vəziyyətdə yekun sülhə imza atmaq mümkünsüz hala gələcək". 

Həmsöhbətimiz vurğulayıb ki, Ermənistan XİN rəhbəri Arorat Mirzoyanın "konstitusiyalar qarşılıqlı şəkildə dəyişdirilməlidir" açıqlaması absurd iddiadır: 

"Azərbaycan Konstitusiyasında sülhə, beynəlxalq hüquqa zidd heç bir məqam yoxdur. Daha sonra Mirzoyan iddia etmişdi ki, daxili qanunlara istinad etmədən də sülh sazişi imzalana bilər və s. Ancaq bu, növbəti erməni həyasızlığı, hiyləgərliyidir. O baxımdan dövlət başçısı İlham Əliyev növbəti dəfə İrəvan xəbərdarlıq etdi ki, üzərinizə düşəni etsinlər, öhdəliklərini yerinə yetirsinlər".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR