• Bakı 27° C

    6.53 m/s

  • USD - 1.7

    EUR - 1.8537

    RUB - 0.0192

ABŞ-Ermənistan hərbi təlimləri: Rusiya narahatdır

SİYASƏT

10 Iyul 2024 | 13:16

ABŞ-Ermənistan hərbi təlimləri: Rusiya narahatdır

İyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” ("Qartal tərəfdaşlığı" - red) hərbi təlimləri keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edəcək. Bildirilib ki, təlimin keçirilməsində məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, döyüş hazırlığının artırılmasıdır.

Politoloq Vasif Əfəndiyev Bakıvaxtı.az-a deyib ki, Amerika Birləşmiş Ştatlarının NATO çərçivəsində Ermənistanla hərbi təlimləri planlı şəkildə davam etdirilir.

Ekspertin sözlərinə görə, bu münasibətlər qurularkən NATO-nun hədəfləri olub və yalnız Ermənistanla münasibətləri əhatə etmir:

"Eyni təlimlər Gürcüstan və Azərbaycanla da keçirilib. NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edilir. Eyni zamanda Gürcüstanla çoxtərəfli əməkdaşlıqlar mövcuddur. Məlumatda əks olunub ki, iyul ayının 15-dən start götürəcək “Eagle Partner” təlimin əsas məqsədi sülhməramlı missiyanın yerinə yetirilməsi və Ermənistan ordusunun professionallığının yüksəldilməsinə xidmət edir. Belə kiçik həcmli və daha çox tədris xarakterli təlimlərin regionda hər hansı gərginlik yaratmaq imkanları yoxdur".

Vasif Əfəndiyev, politoloq

Müsahibimizin fikrincə, Rusiyanın bu təlimdən narahatlığı Ermənistanın sürətlə onun “For post“ yəni “hərbi istinadgah” rolundan uzaqlaşması ilə bağlıdır:

"Ermənistanın NATO ilə hər əməkdaşlığı isə onu Rusiyadan daha bir addım uzaqlaşdırır. Hesab edirəm, gələcəkdə Qafqazda davamlı sülhün təmin olunması üçün Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması vacibdir. Eyni zamanda İrəvan Qərbin Fransa kimi çirkin oyun oynayan dövlətlərindən uzaq durmalıdır. Fransanın Ermənistanı silahlandıraraq müharibəyə və revanşa təhrik etməsi Ermənistan üçün çox təhlükəli və qaranlıq gələcək vəd verir".

Aydın Baxış


SON XƏBƏRLƏR