• Bakı 23° C

    6.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını DAYANDIRDI

SİYASƏT

09 Avqust 2024 | 11:04

Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını DAYANDIRDI

Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Azərbaycan Respublikasının  Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, o, seçkiqabağı təşviqatda iştirak etmək üçün Azərbaycana gəlib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə saytımıza açıqlamasında məlumatı təsdiq edib. 

"Səfir qanunvericiliyə əsasən ödənişsiz məzuniyyətdədir. Səfirlikdə müvəqqəti işlər vəkili var",- o deyib.

Qeyd edək ki,  Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. 

O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb. Qanunvericiliyin tələbinə görə, P.Bülbüloğlu deputat seçiləcəyi halda fövqəladə və səlahiyyətli səfir vəzifəsindən istefa verməlidir. 


SON XƏBƏRLƏR

06 Sentyabr 2024