• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Böyük Britaniyada parlamentə rekord sayda müsəlman daxil olub

SİYASƏT

10 Iyul 2024 | 10:43 | Müəllif: Gülşən Şərif

Böyük Britaniyada parlamentə rekord sayda müsəlman daxil olub

İngiltərədə iyulun 4-də keçirilən ümumi seçkilər nəticəsində parlamentin aşağı palatası olan İcmalar Palatasına 25 deputatla rekord sayda müsəlman seçilib.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, təxminən 3,5 milyon müsəlmanın yaşadığı ölkədə ilk dəfə 8 müsəlman millət vəkili parlamentə girmək hüququ qazanıb.

Müsəlman deputatlardan 18-i İşçi Partiyasından, 2-si Mühafizəkarlar Partiyasından və 1-i Liberal Demokrat Partiyasından İcmalar Palatasına daxil olub. Qəzzanı dəstəkləyən müstəqil parlament namizədləri arasında 4 müsəlman da çoxluq qazananlar arasında olub.

Qeyd edək ki, 2019-cu il ümumi seçkilərində 19, 2017-ci il seçkilərində isə 15 müsəlman namizəd parlamentə daxil olmaq hüququ qazanmışdı. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026