• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Dəhliz açılmasa, Ermənistan blokadadan çıxa bilməyəcək - AÇIQLAMA

SİYASƏT

08 Avqust 2024 | 11:29

Dəhliz açılmasa, Ermənistan blokadadan çıxa bilməyəcək - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib.

Belə ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib.

Həmçinin tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib.

Bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub.

Bakı və İrəvanın Zəngəzur dəhlizi ilə bağlı razılığa gəlməsi sonrakı proseslərə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, əslində Azərbaycan və Ermənsitan arasında Zəngəzur dəhlizi ilə bağlı hüquqi müstəvidə məsələlər həll edilsə də, müəyyən maraqlar, həm Şimal, həm Cənub qonşumuzda olan müəyyən qüvvələr bu məsələlərə mane olurdu.

 

Cümşüd Nuriyev: Bu razılıqla Azərbaycan-Ermənistan münasibətləri yaxşılaşmağa doğru gedəcək

C.Nuriyev qeyd edib ki, hətta İranın Ali dini lideri Əli Xamenei Nikol Paşinyanla görüşəndə dəhlizin açılmasını istəmirdi.

Onun sözlərinə görə, Paşinyan hakimiyyəti artıq anlayır ki, dəhliz açılmasa, Ermənistan blokadadan çıxa bilməyəcək.

“Həm Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı, həm Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanda konkret fikir formalaşmaq üzrədir. Təbii ki, Azərbaycan da bu məsələlərdə dövlətin milli maraqlarına uyğun hərəkət edir”.

Politoloq nəzərə çatdırıb ki, belə bir razılıq mətbuatda yayılsa da, nə qədər ki, kağız üzərində, yəni ikitərəfli razılaşma ilə imzalanıb təsdiqlənməyibsə, bu, tərəflərin razılığa gəlməsi demək deyil:

“Amma bu razılığın əldə olunması ilə Azərbaycan-Ermənistan münasibətləri sürətlə yaxşılaşmağa doğru gedəcək. Bilirsiniz ki, Cənubi Qafqazı qarışdırmaq istəyən Qərb dövlətləri var. Burada Rusiya ilə ABŞ-nin maraqları toqquşur. Eyni zamanda Cənubi Qafqazı yenidən silahlı münaqişə ocağına çevirmək istəyirlər. Zəngəzur dəhlizinin açılmasına əldə olunacaq razılıq hüquqi müstəvidə bu məsələlərə son qoyacaq”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

09 Sentyabr 2024