• Bakı 22° C

    0.67 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Dövlətlər tükənir, resurslar bitir, vəziyyət kritikləşir: Rusiya-Ukrayna müharibəsi bitir?

SİYASƏT

06 Sentyabr 2024 | 16:55

Dövlətlər tükənir, resurslar bitir, vəziyyət kritikləşir: Rusiya-Ukrayna müharibəsi bitir?

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Vladimir Zelenski gələn payızda Rusiya ilə münaqişəyə son qoymağa çağırıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Zelenski Qərb tərəfdaşlarını münaqişənin sona çatmasına birgə kömək etməyə çağırıb.

Maraqlıdır, Ukrayna prezidentinin bu çağırışı müsbət nəticələnə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Vladimir Zelenskinin Rusiya-Ukrayna müharibəsinin sonunun gələn payızda olacağı ilə bağlı söylədiyi fikirlər o qədər də obyektiv reallığı əks etdirmir.

Tural İsmayılov, Politoloq

T.İsmayılovun sözlərinə görə, bu problemin həlli, tezliklə yekun məntiqi nəticənin əldə olunması üçün hələ ki, ortada dəqiq güvənilə biləcək meyar mövcud deyil:

“Faktiki olaraq bu gün Ukraynanın əraziləri işğal olunub və hansısa yaxın bir perspektivdə Ukraynanın bu işğalı bitirməyi real görünmür”.

Müharibənin gedişində ikinci bir cəbhə açıldığını deyən politoloq Ukraynanın Rusiyanın Kursk vilayətinə daxil olmasından sonra artıq Rusiya ərazilərində də Ukrayna ordusunun nümayəndələrinin mövcud olduğunu nəzərə çatdırıb.

Ekspert qeyd edib ki, bütün bunlar Rusiya ilə Ukrayna ərazisindəki əlaqələrin tezliklə məntiqi bir yekunla sonlanacağını düşünmək üçün bizə əsas verməsə də müharibənin davam etməsi dövlətlərin tükənməyinə, resurslarının bitməyinə, vəziyyətin kritikləşməyinə səbəb olur. Onun sözlərinə görə, bu situasiyada artıq müharibənin heç olmasa yekunlaşması və yaxud da aktiv döyüş fazalarının ən azından bir müddətlik ikinci plana keçirilməsi əsas hədəf kimi ortada olan məsələdir:

“Amma bütün hallarda hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında olan münaqişə dövründəki kimi Rusiya-Ukrayna arasındakı müharibəyə də beynəlxalq birliyin adekvat reaksiyaları mövcud deyil və hazırda bu müharibə elə bir çətin mərhələyə qədəm qoyub ki, onun tezliklə həll edilməsi mümkünsüz görünür”.

Mina Mikayılova


SON XƏBƏRLƏR