• Bakı 26° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı qismində çıxış edir

SİYASƏT

10 Iyul 2024 | 17:04

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı qismində çıxış edir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina ilə görüşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, görüşdə Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən enerji təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə edilib. Azərbaycanın NATO ilə əməkdaşlığını təsbit edən "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində 30 illik tərəfdaşlığın qarşılıqlı anlaşma şəraitində uğurla davam etdirilməsi məmnunluqla qeyd olunub.

Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, Ermənistanın sürətlə silahlanması faktına diqqət çəkib. Azərbaycan-Ermənistan sülh prosesi, regional və beynəlxalq təhlükəsizlik vəziyyəti və çağırışlar da gündəmdə olub.

Siyasi şərhçi Samir Əsədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan baş diplomatı ilə NATO sammiti çərçivəsində keçirilən görüşlərdə iştirak edib.

Ekspert vurğulayıb ki, Çinlə strateji tərəfdaşlıqdan sonra ABŞ-yə səfər, NATO sammitində iştirak Azərbaycanın tərəfsizliyinin daha bir təzahürüdür:

"Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın mövqeyi aydın və məntiqlidir və bu, Vaşinqtonda da təkrarlanacaq. Təbii ki, Vaşinqtonda sülh müqaviləsinin “dərhal” imzalanması gözlənilmir. Amma bu görüş də mövqelərin uzlaşması və sülh müqaviləsinin hazırlanması üçün önəmlidir. ABŞ-nin də bu prosesdə Azərbaycanın mövqeyini müdafiə eməsi vacibdir. NATO-ilə əlaqələrə gəldikdə isə, Azərbaycan beynəlxalq təşkilatlarda uğurla təmsil olunur".

Samir Əsədli, siyasl şərhçi

Analitik qeyd edib ki, NATO-nun üzvü olmayan Azərbaycan qurumun etibarlı tərəfdaşı qismində çıxış edir:

"Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb".

Aydın Baxış


SON XƏBƏRLƏR

28 Iyul 2024