• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Amerikanın dəyişkən diplomatiyası: Türkiyə kimi güclü müttəfiqini itirmək istəməz

SİYASƏT

09 Avqust 2024 | 15:25

Amerikanın dəyişkən diplomatiyası: Türkiyə kimi güclü müttəfiqini itirmək istəməz

“2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi ilə ABŞ və Qərb tərəfdaşları Rusiyaya qarşı hərtərəfli sanksiyalar tətbiq etdi. Türkiyənin Rusiya ilə güclü ticarət əlaqələrini saxlamaq qərarı NATO üzvü Türkiyə ilə ABŞ arasında münasibətlərə xələl gətirdiyi şərhlərini də özü ilə gətirdi”.

Bunu siyasi elmlər və beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əslində Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri iki ölkə arasında həm sülh diplomatiyası, həm də qarşılıqlı əməkdaşlıqla danışıqları davam etdirir. Ekspert bu baxımdan Türkiyənin Rusiya ilə danışıqlar aparan yeganə NATO ölkəsi olmasını mühüm hadisə kimi şərh edir:

“Rusiyanın Ukrayna müharibəsindəki qətiyyəti ABŞ və Qərb ölkələrinin proqnozlarını aldatdı. Çünki ABŞ və Qərb Ukraynanı dəstəkləyirdi və Rusiyanın müharibədə uduzacağını proqnozlaşdırırdı. ABŞ xüsusilə Türkiyə siyasətində irrasional yanaşma nümayiş etdirir. Bu məqamda dünyanı çubuqla diz çökdürən aqressiv yanaşma ilə siyasət çəkir. ABŞ-nin bu qeyri-konstruktiv hərəkətlərindən təsirlənən aktyorların öz aralarında həll axtarışında olduğunu görürük”.

Müsahibimiz qeyd edib ki, ABŞ-nin Rusiya ilə münasibətlərinə görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamasına baxmayaraq, Türkiyə kimi güclü müttəfiqini itirmək istəməyəcək:

“ABŞ-nin Türkiyədəki səfiri Ceff Flake bu istiqamətdə açıqlama verərək, “Türkiyə ilə güclü əlaqələr ABŞ-nin xeyrinədir” deyib. Türkiyə-Rusiya ticarəti son aylarda ən çox təhlil edilən mövzulardan biri olaraq ortaya çıxıb. ABŞ Türkiyə-Rusiya ticarətinə təzyiq göstərməyə çalışarkən, Hindistan üzərindən Rusiya neftinə milyardlarla dollar xərcləyir. Rusiyadan kənarda emal edilən neft məhsulları ABŞ sanksiyalarına məruz qalmır. Yəni Hindistan Rusiyadan aldığı xam neftdən istehsal etdiyi məhsulları embarqoya məruz qalmadan ixrac edə bilər”.

Mehmet Gökhan Özçubukçuya görə, ABŞ-nin bu dəyişkən diplomatiyasına baxmayaraq, Türkiyənin Rusiya ilə Qərb arasında tarazlıq siyasəti mühüm inkişafdır. Belə ki, Rusiya Ukrayna müharibəsindən sonra Avropanı enerji resursları ilə təmin etməyib:

“Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin Avropaya enerji daşımalarının “Türk axını” ilə təmin edildiyini və Türkiyənin bu məsələdə ən etibarlı tərəfdaş olduğunu bildirib. Nəticə etibarilə Türkiyə-Rusiya münasibətlərinin yaxşı olduğu bir vaxtda Rusiyanın Türkiyəni özünün ən etibarlı enerji tərəfdaşı kimi göstərməsi Rusiya, Avropa ölkələri və hətta ABŞ üçün müsbət hal kimi qiymətləndirilməlidir. Enerji ehtiyatlarının Türkiyə üzərindən təhlükəsiz şəkildə Avropaya daşınması Türkiyə-Rusiya münasibətlərinin gedişatı üçün həyati əhəmiyyət kəsb edir”.

Mehmet Gökhan Özçubukçu: Türkiyənin Rusiya ilə Qərb arasında tarazlıq siyasəti mühüm inkişafdır

Həmsöhbətimiz bildirib ki, Türkiyə NATO ölkəsi olsa da, sülh diplomatiyası və balans siyasəti ilə Rusiya ilə Avropa arasında vasitəçi rolunu oynayır:

“ABŞ-nin yeganə hegemonluğunu qurmaq istədiyi dünya diplomatiyasında Rusiyanı təcrid etmək siyasətini davam etdirir. Onların Türkiyə-Rusiya münasibətlərinə əsaslanaraq Türkiyəyə qarşı sanksiyaların tətbiq ediləcəyi ilə bağlı açıqlamaları həm Türkiyə-ABŞ münasibətlərinin, həm də Rusiya-ABŞ münasibətlərinin yumşalmasına deyil, gərginləşməsinə səbəb olacaq bir inkişafdır”.

Qeyd edək ki, İngiltərədə nəşr olunan “Financial Times” qəzeti ABŞ Ankaranın Rusiyaya Ukraynadakı müharibədə istifadə etdiyi sanksiya tətbiq edilmiş yüksək texnologiyalı məhsulların ixracını dayandırmayacağı təqdirdə sanksiyaların tətbiq olunacağına dair Türkiyəyə xəbərdarlıq edib.

Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində ABŞ maliyyə nazirinin köməkçisi Metyu Akselrod deyib ki, Amerika texnologiyalarının Rusiyaya axınının dayandırılmasında Türkiyənin köməyinə ehtiyac var:

“Türkiyə rəsmiləri və sənayesindən mümkün qədər tez bu məsələdə irəliləyiş görmək istəyirik. Əks halda, bizim ixrac nəzarətimizdən yayınanlara məhdudiyyətlər tətbiq etməkdən başqa çarəmiz qalmayacaq”

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

18 Sentyabr 2024