Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı, həmçinin birinci qrup əlil, 1985-ci il təvəllüdlü Vüsal Əşrəf oğlu Tağıyev dünyasını dəyişib.
Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra vəfat edib. Vətən müharibəsi iştirakçısı Aşağı Öysüzlü kənd qəbiristanlığında dəfn edilib.
Vüsal Tağıyev döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, "Kəlbəcərin azad olunmasına görə" və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdu.
Qeyd edək ki, mərhum ailəli idi və iki övladı var.