İsrail Qəzza zolağında vəziyyətin nizamlanması planı çərçivəsində yerləşdirilməsi planlaşdırılan sülhməramlı kontingentdə Türkiyənin iştirakına qarşıdır.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "The Times of Israel" İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanasına istinadən məlumat yayıb.
"Burada heç bir fikir ayrılığı yoxdur. Missiyada Türkiyənin iştirakı olmayacaq", - baş nazirin dəftərxanasından nəşrə bildirilib.