Suraxanıda yaşayış binasında yanğın olub, bir nəfər yanaraq ölüb.
Bu baradə Bakıvaxtı.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.