Azərbaycan Dəmir Yolları (ADY) artan sərnişin tələbatını nəzərə alaraq əlavə qatar reysləri təyin edib.
ADY-dən Bakıvaxtı.az-a verilən məlumata görə, noyabrın 25-də Bakı–Ağstafa, noyabrın 26-da isə Ağstafa–Bakı istiqamətində əlavə reyslər həyata keçiriləcək.
Bundan əlavə, 29 sentyabrdan etibarən fəaliyyət göstərən həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri və gündəlik Bakı–Qazax–Bakı marşrutu üzrə də sərnişin daşınması davam edir.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.