• Bakı C

    4.48 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Lövhədə “İçərişəhər” göstərir, amma qatar “Dərnəgül”ə gedir - SƏRNİŞİNLƏR ÇAŞ-BAŞ QALIB - YENİLƏNİB

CƏMİYYƏT

22 Oktyabr 2025 | 14:03

Lövhədə “İçərişəhər” göstərir, amma qatar “Dərnəgül”ə gedir - SƏRNİŞİNLƏR ÇAŞ-BAŞ QALIB - YENİLƏNİB

"İstiqamət göstəriciləri ilə bağlı proqram təminatının yenilənməsi zərurəti yaranıb".

Bunu Bakıvaxtı.az-ın sorğuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, həmin vaxt stansiyalarda qatarların marşrutu ilə bağlı əlavə səsli məlumatlar verilib:

"Qısa müddətdə yenilənmə başa çatdırılıb. Hazırda marşrut göstəriciləri tam tənzimlənib".

***

10:12

Bu gün Bakı metrosunda qatarların getmə istiqamətini göstərən elektrion lövhələrdə qarışıqlıq yaranıb.

Bakıvaxtı.az-ın məlumatına görə, "28 May" atansiyasında “İçərişəhər”ə gedən qatar stansiyaya daxil olsa da, lövhədə “Dərnəgül” istiqaməti göstərilib. Eyni hal “Dərnəgül”ə gedən qatarlarda da qeydə alınıb. Yəni, “Dərnəgül” qatarı gəldiyi halda lövhədə “İçərişəhər” yazılıb. Bu vəziyyət isə sərnişinlər arasında çaşqınlıq yaradıb.

Bəzi sərnişinlər qatarın üzərindəki istiqamət yazısına baxmadan yalnız lövhədə göstərilən məlumat əsasında hərəkət etdikləri üçün yanlış qatara miniblər.

Həmçinin həmin vaxt ərzində ard-arda üç dənə “İçərişəhər” istiqamətinə gedən qatarın göndərilməsi, “Dərnəgül” istiqamətinə hərəkət etmək istəyən sərnişinlər üçün çətinlik yaradıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda xətdə heç bir texniki problem yoxdur. Yəni hər hansı nasazlıq yaranarsa, dərhal müəyyən edilib aradan qaldırılır:

“Sadəcə indi yaranan vəziyyət daha çox sərnişin davranışları ilə bağlıdır”.

Qurum nümayəndəsi onu da bildirib ki, belə hallar qeydə alındıqda dərhal monitorinq aparılır və məsul işçilər cəzalandırılır:

“Əgər hansısa lövhədə səhv istiqamət görünürsə, biz həmin halları xüsusi qaydada araşdırırıq. İşçi diqqətsizliyinə görə belə səhvlər olarsa, dərhal tədbir görülür”.

Mina Mikayılova


SON XƏBƏRLƏR