• Bakı 17° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Azərbaycan və Albaniya Korçanın qazlaşdırılmasının tarif aspektlərini müzakirə edib

İQTİSADİYYAT

22 Oktyabr 2025 | 19:49

Azərbaycan və Albaniya Korçanın qazlaşdırılmasının tarif aspektlərini müzakirə edib

Albaniyanın "Albgaz" qaz şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniya Enerji Tənzimləmə Təşkilatının (ERE) ofisində Korça şəhərinin qazlaşdırma layihəsinin – "Nur" layihəsinin gedişatını müzakirə ediblər.

Bakıvaxtı.az Albaniya şirkətinə istinadən xəbər verir ki, görüş zamanı şəhərin qazlaşdırılması prosesini təşviqinə yönəlmiş tənzimləmə, lisenziyalaşdırma və tarif məsələləri də müzakirə olunub.

"Belə institusional əməkdaşlıq ölkədə təbii qaz infrastrukturunun daha da inkişafı, dayanıqlı və inteqrasiya olunmuş enerji bazarının təmin edilməsi istiqamətində mühüm addımdır", - şirkətin açıqlamasında deyilir.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi, "Albgaz" şirkəti və SOCAR arasında Korçada qaz infrastrukturunun inkişafına dair əməkdaşlıq memorandumu imzalanıb. Qaz infrastrukturunun tikintisinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.

2025-ci il fevralın 10-da SOCAR Albaniyada ölkənin infrastrukturunun inkişafı üçün strateji əhəmiyyətli olan və pilot qazlaşdırma layihəsinin həyata keçirilməsi üçün başlanğıc nöqtəsi kimi xidmət edəcək nümayəndəliyini açıb.

Layihənin təqdimatı aprelin 19-da Albaniyada baş tutub.


SON XƏBƏRLƏR