• Bakı 18° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Paşinyan: Ermənistan-Türkiyə sərhədinin tezliklə açılması mümkün görünür

SİYASƏT

22 Oktyabr 2025 | 13:01 | Müəllif: Əli Hüseynov

Paşinyan: Ermənistan-Türkiyə sərhədinin tezliklə açılması mümkün görünür

Nikol Paşinyan Ermənistanla Türkiyə arasında sərhədin tezliklə açıla biləcəyinə ümid etdiyini bildirib.

Bakıvaxtı.az bu barədə Ermənisatan mətbuatına istinadla xəbər verir.

Belə ki, o, Tbilisidə keçirilən “İpək Yolu” konfransında Ermənistan və Türkiyə arasında müsbət dialoq perspektivlərini qiymətləndirib.

Paşinyan qeyd edib ki, Ermənistan həm yollar, həm də sərhəd infrastrukturu baxımından yük maşınlarının tranzitinə texniki cəhətdən hazırdır.

Ermənistanın baş naziri yaxın gələcəkdə dəmir yolu tranzitinin, boru kəmərləri və elektrik xətlərinin çəkiləcəyini vurğulayıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026