• Bakı 19° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Bəzi peşələr yoxa çıxır..." - Məleykə Abbaszadə

CƏMİYYƏT

22 Oktyabr 2025 | 14:50 | Müəllif: Qalib İbrahimoğlu

"Bəzi peşələr yoxa çıxır..." - Məleykə Abbaszadə

"Bəzi peşələr yoxa çıxır, yeniləri yaranır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "PeşəFest"in yekun tədbirində deyib.

Onun sözlərinə görə, gənclərin maraq göstərmədiyi ixtisaslarda ciddi çatışmazlıq yaranır:

"Gənclər nüfuzlu ixtisas əldə etmək istəyir. Bu gün prestij faydalı olmaq, problemləri həll etmək, işini bacarmaqdadır. Müasir çağırışları gənclər nəzərə alaraq özlərinə sual verməlidir".

DİM sədri əlavə edib ki, süni intellekt və avtomatlaşdırma ixtisasları bu günümüzdür:

"Bu reallıq əmək bazarındadır. Bəzi peşələr yoxa çıxır, yeniləri yaranır. Özünüinkişaf və davamlı öyrənmə prosesləri vacib bacarıqdır. Real imkanlara əsaslanaraq bacarıqlara yiyələnmək əmək bazarında uğura yola açacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026