• Bakı 16° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Yanacaqdoldurma və qaz obyektlərinə lisenziya qaydaları təsdiqləndi

İQTİSADİYYAT

22 Oktyabr 2025 | 18:45

Yanacaqdoldurma və qaz obyektlərinə lisenziya qaydaları təsdiqləndi

İqtisadiyyat Nazirliyinin kollegiyası “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü (fəaliyyət növünün adı göstərilməklə) üzrə “Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası”nı təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı qərarı nazir Mikayıl Cabbarov imzalayıb. Bununla da yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü üzrə lisenziya müqaviləsinin forması və bağlanılma qaydası müəyyən edilir. Qərara əsasən, hüquqi şəxsə, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkara yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növünə lisenziya verildiyi tarixdən 30 gün müddətində İqtisadiyyat Nazirliyi ilə lisenziya sahibi arasında lisenziya müqaviləsi bağlanılacaq. Lisenziya müqaviləsi müddətsiz olacaq.


SON XƏBƏRLƏR