• Bakı 17° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Zəngəzur dəhlizi və BTQ dəmir yolu bir-birini tamamlayacaq - Nazir müavini

İQTİSADİYYAT

22 Oktyabr 2025 | 19:24

Zəngəzur dəhlizi və BTQ dəmir yolu bir-birini tamamlayacaq - Nazir müavini

224 kilometrlik Qars-İğdır-Arilık-Dilucü dəmir yolu Zəngəzur dəhlizinin mühüm hissəsinə çevriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Osman Boyraz Tiflisdə keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu bir-birinə alternativ olmayacaq, əksinə, bir-birini tamamlayacaq.

Nazir müavini qeyd edib ki, Türkiyə Orta Dəhliz potensialının tam reallaşdırılması istiqamətində səylərini davam etdirəcək.

Boyraz həmçinin əlavə edib ki, rəqəmsallaşma və bir pəncərə sisteminin tətbiqi marşrutu daha cəlbedici edəcək.


SON XƏBƏRLƏR