• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp “Sülh Memarı” mükafatına layiq görüldü

DÜNYA

22 Oktyabr 2025 | 18:49 | Müəllif: Gülşən Şərif

Tramp “Sülh Memarı” mükafatına layiq görüldü

 ABŞ Prezidenti Donald Tramp 1995-ci ildə keçmiş prezident Riçard Niksonun fondu tərəfindən təsis edilən “Sülh Memarı” mükafatını alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Riçard Niksona bənzəyən heykəlcik Nikson ailəsinin üzvlərinin iştirakı ilə fondun direktorlar şurasının sədri Robert O'Brayen tərəfindən Trampa təqdim edilib.

Tramp bu mükafata “vasitəçilik etdiyi atəşkəs və sülh razılaşmalarına görə” layiq görülüb. Bəyanatda həmçinin Qəzza sülh sazişinə, eləcə də Azərbaycan-Ermənistan və Hindistan və Pakistan arasında mübahisələrin həlli üçün aparılan danışıqlara istinad edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026