• Bakı 16° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Nazir: Azərbaycan Vaşinqton razılaşmasının müsbət nəticələrini görməkdədir

CƏMİYYƏT

22 Oktyabr 2025 | 13:15

Nazir: Azərbaycan Vaşinqton razılaşmasının müsbət nəticələrini görməkdədir

Azərbaycan avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmanın müsbət nəticələrini görməkdədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bunlardan biri sentyabrın 1-də Minsk prosesinin ləğv olunmasına başlanılmasıdır:

"Biz bilirik ki, ABŞ və Ermənistan arasında TRİPP layihəsinin reallaşdırılması üzrə danışıqlar davam edir. Müsbət elementlər ondan ibarətdir ki, Azərbaycan yüklərin ərazisi üzərindən Ermənistana çatdırılmasına imkan verdi. Burada söhbət taxıl daşınmasından gedir. Taxıl Qazaxıstandan Ermənistana Azərbaycan üzərindən keçəcək".


SON XƏBƏRLƏR