• Bakı 16° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Azərbaycanlı mütəxəssis Çempionlar Liqasının oyununa təyinat aldı

İDMAN

22 Oktyabr 2025 | 18:30

Azərbaycanlı mütəxəssis Çempionlar Liqasının oyununa təyinat aldı

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssis Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.

Bakıvaxtı.az xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının ilkin mərhələsinin "Olimpiakos" (Yunanıstan) - "Asteris Avo Beveren" (Belçika) oyununda iştirak edəcək.

N.İsmayılova Yunanıstanın Afina şəhərində baş tutacaq görüşdə supervayzer kimi hakimlərin fəaliyyətini qiymətləndirəcək.

Qeyd edək ki, qarşılaşmanın hakimləri serbiyalı Deyan Roqiç və bolqarıstanlı Aleksandar Vinaliev olacaq.


SON XƏBƏRLƏR