• Bakı 16° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Sabah Sumqayıtın bəzi hissələrində qaz olmayacaq

CƏMİYYƏT

22 Oktyabr 2025 | 18:33

Sabah Sumqayıtın bəzi hissələrində qaz olmayacaq

 Sabah Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, Sumqayıt şəhərində Tuq zavodu ərazisində yerləşən D76 mm-lik qaz xəttində sızmanın ləğv edilməsi, eləcə də Ceyranbatan qəsəbəsi, Parnik ərazisində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, oktyabrın 23-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək 900 abonentin qaz təchizatında fasilə yaranacaq.

Sumqayıt QİS bildirir ki, qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.


SON XƏBƏRLƏR