Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən iş adamları Emil Qulubəyov və Nəriman Laziminin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, hər iki təqsirləndirilənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müdafiə tərəfi isə müvəkkillərinə bəraət verilməsini xahiş edib.
Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, hər iki şəxs barəsində verilmiş ittiham üzrə 193-1.2.3-cü maddə sübuta yetirilmədiyi üçün bəraət verilib. Digər maddə ilə Emil Qulubəyov 3 il 5 ay, Nəriman Lazimi isə 7 il azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər 300-ə yaxın formal şirkət yaradaraq müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər.
Məlumata görə, Emil Qulubəyov “Spektr-R” MMC-nin rəhbəri olub.
Nəriman Lazimi isə “Kondor TS” MMC-nin rəhbəri kimi fəaliyyət göstərib.
Onların barəsində Cinayət Məcəlləsinin 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma — qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.3-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılaraq ittiham irəli sürülüb
İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb.