• Bakı 16° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafına dəstək verəcək

MƏDƏNİYYƏT

22 Oktyabr 2025 | 11:26

Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafına dəstək verəcək

“Dünya təcrübəsi göstərir ki, yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsi iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biridir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mədəniyyət və Yaradıcı Sənayelərin Təqaüd Proqramının nəticələrinin elan olunmasına həsr edilmiş mətbuat konfransında Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Səadət Yusifova deyib.

O bildirib ki, bu uğurlu təcrübəni ölkəmizdə reallaşdırmaq üçün əsas hədəflər sahənin dayanıqlı inkişafını təmin etmək, insan resurslarını gücləndirmək və ixrac potensialını artırmaqdır:

“Bu məqsədlə kiçik və orta yaradıcı sənaye subyektlərinin ümumi məhsuldakı payının artırılması, ixrac göstəricilərinin 10 faiz yüksəldilməsi planlaşdırılır. Eyni zamanda, beynəlxalq əməkdaşlıq platformalarında iştirakçıların sayının 10 faiz artırılması qarşıya məqsəd kimi qoyulub. Strategiyanın tədbirlər planında müasir mədəni və yaradıcı sahələrin tələblərinə uyğun sertifikat proqramlarının, eləcə də xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması nəzərdə tutulur”.

Səadət Yusifova qeyd edib ki, Mədəniyyət Nazirliyi bu istiqamətdə əsas icraçı qurum kimi fəaliyyət göstərəcək və mədəni və yaradıcı sənaye subyektlərinin bacarıqlarının artırılması, sertifikatlaşdırılması, 60 nəfərin xaricdə təhsil alması və xüsusi tədris proqramının hazırlanması üzərində çalışır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Oktyabr 2025