• Bakı 17° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

İlon Mask NASA administratorunu "axmaq" adlandırdı

DÜNYA

22 Oktyabr 2025 | 21:09

İlon Mask NASA administratorunu axmaq adlandırdı

Amerikalı milyarder İlon Mask ABŞ-ın nəqliyyat naziri və eyni zamanda NASA-nın müvəqqəti rəhbəri Şon Daffini sərt şəkildə tənqid edib. 

Bakıvaxtı.az xəbər verir ki, sahibkar onu "axmaq" adlandırıb.

Mask sosial şəbəkə "X"də yazıb: "Əsas nailiyyəti ağaclara dırmanmaq olan bir insan Amerika kosmik proqramına rəhbərlik etməlidirmi?” 

O, bununla Daffinin bir vaxtlar ağaca dırmanma üzrə dünya çempionu olmasına eyham vurub. Milyarder əlavə edib ki, nazirin IQ göstəricisi 100-dən aşağıdır.

Bu açıqlamadan bir gün əvvəl Şon Daffi müsahibəsində demişdi ki, İlon Maskın "SpaceX” şirkəti, astronavtları Ay səthinə aparmaq üçün nəzərdə tutulan 2,9 milyard dollarlıq ay modulu layihəsində cədvəldən geri qalır.

Daffinin sözlərinə görə, bu gecikmə Çinlə yeni kosmik yarış fonunda NASA-nın insanları Ay səthinə Çindən əvvəl qaytarmaq səylərinə mane ola bilər. O, əlavə edib: "Bu səbəbdən müqaviləni digər şirkətlər üçün də açmağı planlaşdırıram ki, onlar "SpaceX" ilə rəqabət apara bilsinlər. Onlar ("SpaceX”) möhtəşəm işlər görürlər, amma cədvəldən geridə qalırlar".


SON XƏBƏRLƏR