• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Geriyə dönüş yoxdur: İranın İsrailə cavabı "dron şousu"ndan uzağa gedəcək

SİYASƏT

09 Avqust 2024 | 17:01

Geriyə dönüş yoxdur: İranın İsrailə cavabı dron şousundan uzağa gedəcək

"ABŞ illərdir İsraili bəsləyir. Tel-Əvivin hər istəyini reallaşdıraraq, nazını çəkərək İsrailin Yaxın Şərqdə "qoçu" statusunu qoruyub saxlayır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, artıq İran İsrailə rəsmən müharibə elan edib və bu o deməkdir ki, geriyə dönüş yoxdur:

"ABŞ hələ müharibənin səs-sədası yayılmamışdan öncə Yaxın Şərqdə öz hərbi texnikalarını daşımağa başlamışdı. Sanki bölgəni nəzarət götürüb. Maraqlıdır ki, ABŞ Ukrayna-Rusiya savaşında Kiyevə hərtərəfli dəstək məsələsində xəsislik, biganəlik nümayiş etdirsə də, İsrail məsələsində hərbi-siyasi dəstəyinin miqyası olduqca böyükdür. Fakt odur ki, İsrailin bütün hərəkətləri, tələbləri və şıltaqlıqları ABŞ və Avropa Birliyi tərəfindən qəbul olunur. Ara-sıra baş nazir Benyamin Netanyahu barəsində müəyyən sərt açıqlamalar olsa da, sonradan aydın olur ki, bunların hamısı siyasi gedişlərdir və qeyri-səmimidir. Elə təəssürat yaradırlar ki, guya İsrail həddindən artıq nəhəng, güclü dövlətdir. Düzdür, İsrailin silah sənayesi formalaşıb və müxtəlif texnikalar istehsal edir. Ancaq hərbi texnikanın, ağır silahların, qırıcıların hamısını ABŞ-dən alır".

Həmsöhbətimiz vurğulayıb ki, ABŞ fasiləsiz olaraq İsrailə silah-sursat göndərir:

"Bu da böyük bir dövlətin regional müharibəni qızışdırmaq üçün kiçik bir ölkəni hər cür vasitələrlə təmin etməsi deməkdir. Hətta yeri gələndə qızışdırması deməkdir”.

Müsahibimiz hesab edir ki, bu gedişlər ciddi münaqişənin başlama ehtimalı böyükdür. Q.Hüseynliyə görə, irimiqyaslı müharibə olmasa da, qarşılıqlı hərbi əməliyyatların baş verməsi qətiyyən istisna edilmir.

 

Qabil Hüseynli: Amerika İsrailin Yaxın Şərqdə "qoçu" statusunu qoruyub saxlayır

“İranı sevməsəm də deyə bilərəm ki, Tehranın İsrailə cavabı "dron şousu"ndan uzağa gedəcək. Rusiya İrana "İsgəndər M" tipli, nüvə-döyüş başlığını götürə bilən raketlərin ilk partiyasını göndərdi. Görünən odur ki, Rusiya İrana hərtərəfli kömək etmək niyyətindədir. Onsuz da İranın nüvə planlarının reallaşmasında Rusiya hər zaman öndə olub. İranın əlində nüvə silahının ayrı-ayrı komponentlərinin olduğu bəllidir. Amma nüvə silahının özü yoxdur", - deyə Qabil Hüseynli qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

18 Sentyabr 2024