• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

“Daha 6 rayonda 8 daimi seçki məntəqəsi yaradılıb”

SİYASƏT

10 Iyul 2024 | 11:58

“Daha 6 rayonda 8 daimi seçki məntəqəsi yaradılıb”

“İndiyə qədər azad edilmiş ərazilərə 1997 ailə köçürülüb. Həmin ərazilərdə ümumilikdə 26 seçki məntəqəsi fəaliyyət göstərəcək”.

Bakıvaxtı.az verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev MSK-da keçirilən müşavirədə deyib.

O, Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti haqqında danışıb:

“2024-cu ilin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri bu il baş tutacaq ikinci böyük hadisədir. Əsas məsələ seçki prosesinin qanunvericiliyin bütün tələblərinə cavab verməklə keçirilməsini təmin etməkdir. Parlament seçkiləri ilə bağlı işğaldan azad edilmiş daha 6 rayonda 8 daimi seçki məntəqəsi yaradılıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026