"Parlament seçkilərində iştirak edəcəyimlə bağlı son qərarımı hələ verməmişəm".
Bakıvaxtı.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sabiq maliyyə naziri Fikrət Yusifov deyib. O, parlamentdə təmsil olunsa, hökumətə fayda verə biləcəyini düşünür:
"Bakı şəhəri və Abşeron rayonundan namizədliyimi irəli sürə bilərəm. Əsasən Abşeronda yaşamışam, ata-baba yurdum oradır. Amma Nəsimi rayonunda yaşayıram, oradan da namizəd ola bilərəm".
Fikrət Yusifov bu həftənin sonunda qərarını açıqlayacağını bildirib.