• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Sahibə Qafarova Belarusda səfərdədir - FOTO

SİYASƏT

10 Iyun 2024 | 10:05

Sahibə Qafarova Belarusda səfərdədir - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iyunun 9-da Belarus Respublikasının Minsk şəhərinə rəsmi səfər edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Minsk Milli Hava Limanında Milli Məclisin sədrini Belarus parlamenti Respublika Şurasının sədri Natalya Koçanova, Beynəlxalq münasibətlər və milli təhlükəsizlik daimi komissiyasının sədri Sergey Sivets, Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulub.

    Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan parlamentinin Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, deputatlar Ağalar Vəliyev, Arzu Nağıyev və digər rəsmi şəxslər daxildirlər.


    Sahibə Qafarova Belarusda səfərdədir - FOTOSahibə Qafarova Belarusda səfərdədir - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Noyabr 2026