"Macarıstan baş naziri Viktor Orban Qərbin bir çox siyasi liderlərindən fərqli olaraq müstəqil hərəkət edir. Çünki, Orbanın soy kökündə türk qanı var".
Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, Orban Qərbin apardığı yarıtmaz və ədalətsiz siyasətinə qoşulmur:
"Orban Avropa İttifaqının rəhbəri olan kimi Kiyevə və Moskvaya səfərlər etdi, müharibənin dayandırılması üçün təşəbbüs göstərdi. Özünün də qeyd etdiyi kimi Viktor Orban Qərbin yeganə lideridir ki, həm Rusiya, həm də Kiyevlə danışqlar apara bilir. Çünki digər liderlər Rusiya ilə münasibətdə bütün qırmızı xətləri keçiblər. İyulun 6-da Viktor Orban Şuşaya səfər etdi və Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinə qatıldı. Təbii ki, Aİ rəsmiləri, borrelər Viktor Orbanın müstəqil hərəkətlərini həzm edə bilmirlər. O səbəbdən Orbanın Avropa İttifaqının adından çıxış etmədiyini bildirirlər. Borrelin ifadələri heç nəyi həll etmir. Onun daşıdığı vəzifədə qalmasına da çox qalmayıb".

Azər Badamov: Orban Qərbin apardığı yarıtmaz və ədalətsiz siyasətinə qoşulmur
Müsahibimiz vurğulayıb ki, Avropa İttifaqı Viktor Orbanın baxışları ilə idarə olunmalıdır:
"Əks halda bu birliyin gələcəyi yoxdur. Çünki birliyin rəhbərliyində oturanlar müstəqil deyillər və avropalıların milli maraqlarını nəzərə almadan ABŞ-dən müəyyənləmiş kursu davam etdirməyə çalışırlar. Bu da Avropa İttifaqını böyük iqtisadi və sosial çətinliklərlə qarşı-qarşıya gətirir”.
“Hesab edirəm, Avropa İttifaqı Cozef Borrel kimilərdən azad olunmalı və uzaqgörən baxışları olan Viktor Orban kimi yeni simalarla əvəzlənməlidir", - deyə Azər Badamov əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqının diplomatik nümayəndəsi Cozef Borrel Macarıstan baş naziri Viktor Orbanın Şuşaya səfərinə etiraz edib və baş nazirin Aİ-ni təmsil etməyini vurğulayıb. Borrel həmçinin, TDT-ni Kuzey Kıbrıs Türk Cümhuriyyətini leqallaşdırmaqda ittiham edib.
Aydın Baxış







jpg-1723100487.webp)








