• Bakı 25° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Amerika ordusu Zəngəzurda: Paşinyan Rusiya və İranı ABŞ-yə “satıb” - ŞƏRH

SİYASƏT

08 Avqust 2024 | 09:17

Amerika ordusu Zəngəzurda: Paşinyan Rusiya və İranı ABŞ-yə “satıb” - ŞƏRH

"Flightradar" qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına doğru 2 hərbi təyyarə qalxıb.

Bakıvaxtı.az Caliber-ə istinadla xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boinq C-17” hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gəlib.

Aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da bura daxildir.

Məlumata görə, bundan əvvəl ABŞ Ermənistan xüsusi təyinatlıları üçün bu sursatlardan istifadə üzrə təlimlər keçirib, bundan sonra Ermənistan tərəfi silahları real şəraitdə sınaqdan keçirmək üçün Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun bölmələrinə qarşı hərbi təxribat törədib.
Daha sonra, yuxarıda qeyd etdiyimiz kimi, ABŞ hərbi yük təyyarələri ilə Ermənistana külli miqdarda silah və sursat gətirilib. Bu silahların yerli relyef və hərbi şəraitə uyğunlaşdırıldığı da bildirilir.

Vəziyyəti dəyərləndirən politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları bir tərəfdən Cənubi Qafqazda sülh üçün çağırışlar edir, digər tərəfdən də Ermənistana silah daşıyır:

“Səbəb hər nə olur olsun, bu, rəsmi Vaşinqtonun xoş olmayan niyyətindən xəbər verir. Burda söhbət təkcə Ermənistan ordusunun silah arsenalının gücləndirilməsindən getmir. Eyni zamanda ətrafa nəzarət etmək üçün də həmin texnikadan istifadə edilir. Ən ağlabat odur ki, ABŞ İranı izləmək üçün Ermənistandan istifadə edir. Demək ki, Paşinyan hökuməti Qərbin hərbi qanadına qoşulmaq üçün İranı ABŞ-yə “satıb”. Bu, ənənəvi erməni xislətidir. Ancaq nədənsə yenə rəsmi Tehran sözügedən hadisəni görməzdən gəlir. Yenə İran Ermənistanı müdafiə etməyə çalışır. Məsud Pezeşkianın andiçmə mərasimində Əli Xameneinin Nikol Paşinyana Zəngəzur dəhlizi ilə bağlı dedikləri hələ də bu mahiyyəti ortaya qoyur”.

Zeynal Əmrəliyev: Paşinyan hökuməti təkcə Ermənistanı yox, bütün regionu müharibəyə sürükləyir

Z.Əmrəliyev diqqətə çatdırıb ki, Ermənistan ordusunu silahlandıran ABŞ başa düşməlidir ki, İrəvan həmin silahlardan Azərbaycan əleyhinə istifədə edərsə, bu zaman bütün məsuliyyət ABŞ dövlətinin üzərinə düşəcək:

“Digər önəmli bir məsələ isə Rusiya ilə bağlıdır. Artıq konkret şəkildə ABŞ-yə məxsus olan qüvvələr Zəngəzur istiqamətində cəmlənib. Xüsusilə son zamanlar İrəvan və Moskva arasındakı münasibətlər kəskin xarakter alıb. Ermənistanın indiki zamanda belə bir davranış sərgiləməsi İranla bərabər Rusiyanı da arxadan vurmaqdır. Çox təəsüf ki, Paşinyan hökuməti təkcə Ermənistanı yox, bütün regionu dəhşətli müharibəyə sürükləyir. Hazırda Ermənistan ərazisində iki rəqib dövlətin - Rusiya və ABŞ -nin ordusu var. Buna görə də regionda planlaşdırılan böyük savaşın məhz Ermənistan ərazində başlanması istisna edilməməlidir”.

Aydın Baxış


SON XƏBƏRLƏR

09 Sentyabr 2024