• Bakı 27° C

    6.53 m/s

  • USD - 1.7

    EUR - 1.8537

    RUB - 0.0192

Fransız xalqı kef etmir: Rəsmi Parisin müqəddəratı necə olacaq?

SİYASƏT

10 Iyul 2024 | 09:23

Fransız xalqı kef etmir: Rəsmi Parisin müqəddəratı necə olacaq?

Dünyanın siyasi gündəliyində önəm daşıyan mövzulardan biri Fransada keçirilən parlament seçkiləri idi.

Bakıvaxtı.az-ın məlumatına görə, seçkilərin nəticələrində müşahidə edilən maraqlı nüanslar prosesi daha da maraqlı vəziyyətə gətirir - ultra solçuların təmsil etdiyi Yeni Xalq Cəbhəsinin seçkilərdə digər partiyalara nisbətən daha çox səs toplaması xüsusi sual doğuran nüanslardan biri idi.

Seçki prosesi zamanı fransızların yol verdiyi qeyri-professional hallar, millət vəkillərinə, vəzifəli şəxslərə edilən hücumlar ondan xəbər verir ki, artıq Makron hökumətinin vəziyyəti acınacaqlıdan da betər situasiyasadadır.

Özünü “demokratik” adlandıran pafoslarla dolu bu ölkədə vəziyyət qəlizdir - seçkilərdə iştirak edən partiyalar fraksiya formalaşdırıb birlikdə hərəkət etməyə məcburdur, amma kimin sözü kimin boğazından keçəcək, hələ ki, bəlli deyil...

Belə bir məqamda isə ortaya bir sual çıxır: Fransanın müqəddəratı necə olacaq?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Oktay Qasımov bildirib ki, seçki prosesi sürprizlərlə yadda qaldı. Sağ ifratçı qüvvələrin birinci mərhlədə ilk mövqedə qərarlaşıb, ikinci turda öz mövqeyini solçulara təhvil verməsinin maraqlı nüans olduğunu bildirən müsahibimiz diqqətə çatdırıb ki, faktiki olaraq bu seçkilərin nəticəsində koalisiyaya ehtiyac var.

Müsahibimiz bu prosesin Fransada ciddi şəkildə iğtişaşlara və problemlərə səbəb olacağını güman edir:

“Artıq Makrona etimad aşağıdır. Sağ qüvvələr üçüncü yerdə qərarlaşıblar. Makronun yanında olan qüvvələrə qarşı kəskin mövqe sezilir. Koalisiya qurulması barədə də heç optimist proqnozlar verilmir”.

Oqtay Qasımov: Bu proses Fransada ciddi iğtişaşlara və problemlərə səbəb olacaq

Xüsusilə qurulacaq koalisiyanın möhkəm olmayacağını bildirən politoloq bu seçkinin Fransadakı vəziyyətin sübutu olduğunu vurğulayıb:

“Proseslər əks mövqedə irəliləyir. Gözləntilər bu yöndə deyildi. Hazırkı seçkilərin nəticəsində ortaya çıxan mənzərə qeyri-sabitliyin gələcəkdəki gərginliklər üçün zəmin olacağına işarədir”,

Əli Hüseynov


SON XƏBƏRLƏR