• Bakı 21° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Lavrov Çinə təşəkkür edib - Sülh Sammitinə görə

SİYASƏT

10 Iyun 2024 | 13:34 | Müəllif: Gülşən Şərif

Lavrov Çinə təşəkkür edib - Sülh Sammitinə görə

Lavrov Çinin Ukrayna ilə bağlı Sülh Sammitində iştirak etməməsinə görə Çinin xarici işlər naziri Van İyə təşəkkür edib.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çinli həmkarı Vanq İ arasındakı danışığı zamanı qeyd olunub. 

Rusiyalı diplomat qeyd edib ki,  İsveçrədə keçiriləcək sammitdə bütün sülh təşəbbüsləri və mövcud reallıqların ədalətli nəzərə alınması nəzərdə tutulmayıb.

Qeyd edək ki, 15-16 iyun tarixində İsveçrədə Rusiyanın iştirakı olmadan Ukraynadakı münaqişənin həllinə dair sammit keçiriləcək. Toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. 100-dən çox ölkə iştirakını təsdiqləyib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026