• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı MƏLUMAT YAYDI

Gündəm

26 Mart 2024 | 20:02

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı MƏLUMAT YAYDI

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən Bakıvaxtı.az-a daxil olan məlumatda deyilir:

“Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim etmişdir. Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilmişdir.

Həmçinin, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycan Respublikası ərazisində yeri müəyyən edilmiş və onlar Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilmişlər”.


SON XƏBƏRLƏR