• Bakı 18° C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Tayvandan gətirilən meyvə suyu yararsız çıxıb

Gündəm

25 Aprel 2024 | 16:55

Tayvandan gətirilən meyvə suyu yararsız çıxıb

Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, "MİRAS20-İM" MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72.50 kq meyvə suyu topları məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan sınaq nəticəsinə əsasən nümunələrdə “kif-maya” göbələklərinin miqdarının normadan artıq olduğu aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.


SON XƏBƏRLƏR

04 May 2024