• Bakı 32° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

“Alıkeyxanlı” sərhəd zastavası xidməti istifadəyə verilib - VİDEO - FOTOLAR

Gündəm

25 May 2024 | 10:27

“Alıkeyxanlı” sərhəd zastavası xidməti istifadəyə verilib - VİDEO - FOTOLAR

May ayının 24-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Alıkeyxanlı” sərhəd zastavası xidməti istifadəyə verilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov sərhəd zastavasının inzibati binasında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib.

Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib və şəxsi heyətlə birlikdə əsgər yeməkxanasında nahar edilib.


SON XƏBƏRLƏR

16 Iyun 2024