• Bakı 10° C

    8.54 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib - FOTO

MƏDƏNİYYƏT

03 Oktyabr 2024 | 17:26

Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solist - Ümüd Musayev (faqot) dinləyicilər qarşısında çıxış edib.

Proqramda  G.Rossini 3 saylı "Sonata a Quattro" C dur (Bakıda ilk ifa),W.A.Mozart faqot və orkestr üçün konsert B dur (K.191), B.Britten prelüd və fuqa (op.29, Bakıda ilk ifa) və F.Əmirov "Nizami" simfoniyası səslənib.
 


SON XƏBƏRLƏR

28 Aprel 2025