• Bakı 30° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Daha 20 nəfər küçə sənəti ilə məşğul ola biləcək

MƏDƏNİYYƏT

30 Oktyabr 2024 | 14:45

Daha 20 nəfər küçə sənəti ilə məşğul ola biləcək

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin “Küçə sənətçiləri” layihəsi çərçivəsində növbəti seçim turu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, iki mərhələdən ibarət seçim turundan uğurla keçən 20 sənətçi layihənin növbəti 6 aylıq dövründə iştirak etmək hüququ qazanıb. Onların Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyi ilə birgə razılaşdırılmış xüsusi çıxış yerlərində sərbəst fəaliyyətinə şərait yaradılması üçün lazımi tədbirlər həyata keçirilib.

Qeyd edək ki, “Küçə sənətçiləri” layihəsi Dövlət Turizm Agentliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən yaradılan İşçi Qrupun birgə fəaliyyəti ilə təkmilləşdirilmiş qaydalar əsasında yenidən təşkil olunub.


SON XƏBƏRLƏR

08 Iyul 2025