• Bakı C

    13.97 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Hərbçilərimiz qar uçqununa DÜŞDÜLƏR

HADİSƏ

19 Mart 2025 | 16:20

Hərbçilərimiz qar uçqununa DÜŞDÜLƏR

 Azərbaycan hərbçiləri Gədəbəydə qar uçqununa düşüblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər.

Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal zəruri axtarış tədbirlərinə başlanılıb

Axtarış-xilasetmə tədbirlərinə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin qüvvə, vasitə və xüsusi texnikaları cəlb edilib.


SON XƏBƏRLƏR