• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar - VİDEO

MEDİA

06 May 2022 | 23:10

Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar - VİDEO

İnformasiya sahəsində həmişə mütəşəkkil, dəqiq olmaq vacibdir, bir şərtlə ki, obyektivlik qorunsun. Ümumiyyətlə, ekstremal hallarda, fövqəladə şəraitdə insanlar həmişə səfərbər olurlar, çalışırlar ki, baş verənləri düzgün təhlil etsinlər. Təbii ki, ilk növbədə gərək, xəbər kontenti düz olsun.

Bakıvaxtı.az xəbər verir ki, AzTV-nin "Əsas məsələ" proqramında informasiya və kommunikasiya sahəsində cərəyan edən proseslər müzakirə olunub.

Prezident Administrasiyasının Dövlət kommunikasiyası və ictimai məlumatlandırma sektorunun müdiri Cavid Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov və əmək və əhalin  sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin iştirak etdikləri proqramda Azərbaycan mediasının inkişafı üçün yeni imkanlarla bağlı müzakirələr aparılıb.

 

 


SON XƏBƏRLƏR