• Bakı 29° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Media nümayəndələri üçün təlim keçirilir

MEDİA

02 Iyun 2022 | 12:33

Media nümayəndələri üçün təlim keçirilir

Bakıda "Mediada gender bərabərliyi və peşəkarlıq" adlı ikigünlük təlim keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı baş tutan təlimin məqsədi jurnalistlərin peşəkarlıqlarının artırılmasıdır.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimi girişi sözü ilə açıblar. Təlimdə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov, MEDİA-nın nümayəndəsi Pərvanə İbrahimova, media eksperti Aynur Bəşirli, hüquq müdafiəçisi, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və başqaları müxtəlif mövzularda çıxış edəcəklər.

Sonda iştirakçılara sertifikatlar veriləcək.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026