• Bakı 24° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Azərbaycan millisinin voleybolçusu karyerasını bitirdi

İDMAN

29 Aprel 2024 | 19:09 | Müəllif: Subhan Mahmudov

Azərbaycan millisinin voleybolçusu karyerasını bitirdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Tural Həsənli karyerasını bitirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərtac-a oyunçu özü məlumat verib. O, bildirib ki, bundan sonra qadınlardan ibarət əsas yığmanın məşqçilər korpusunda yer alacaq.

Tural Həsənlinin ötən il “Panatinaikos”a qarşı Çağırış Kubokunun 1/16 final mərhələsinin Yunanıstanda baş tutan cavab oyunu (1:3) ərəfəsində səhhətində problem yaranmışdı. Oyunçu daxili qanaxması olduğu üçün əməliyyat keçirmişdi.

Qeyd edək ki, Tural Həsənli karyerası ərzində “Neftçi”, “Binəqədi”, “Sərhədçi”, “Lokomotiv Bakı”, “Qrombri Qloqov” (Polşa), “Karava” (Kipr) və son olaraq “Xarı Bülbül Şuşa” komandalarının formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026