• Bakı 24° C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Mahir “Dinamo”dan ayrılır?

İDMAN

29 May 2024 | 14:37

Mahir “Dinamo”dan ayrılır?

Azərbaycan millisinin hücumçusu, Zaqreb “Dinamo”sunda çıxış edən Mahir Emreli komandadan ayrıla bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu klubun baş məşqçisi Sergey Yakiroviç “Sportske”yə müsahibəsində deyib.

O, bəzi futbolçuların “Dinamo”dakı taleyi ilə bağlı sualları cavablandırıb.

Mahirin başqa klubdan təklif aldığını və komandadan ayrılmaq istədiyini bildirib:

“Onun böyük ehtimalla reallaşacaq təklifi var. Düşünürəm ki, bunu reallaşdırmaq istəyəcək”.

Qeyd edək ki, M. Emrelinin 2022-ci ilin fevralından çıxış etdiyi “Dinamo” ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026