• Bakı 26° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Azərbaycan nefti ucuzlaşdı

İQTİSADİYYAT

07 Oktyabr 2023 | 15:11

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 0,25 ABŞ dolları, yaxud 0,27 % azalaraq 91,48 ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçersləri 84,58 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026