• Bakı C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.8437

    RUB - 0.0242

"Azərbaycan ordusu böyük tərəqqiyə nail olub" - NATO

CƏMİYYƏT

30 Noyabr 2022 | 10:02

Azərbaycan ordusu böyük tərəqqiyə nail olub - NATO

“Azərbaycan Silahlı Qüvvələri (SQ) böyük tərəqqiyə nail olub”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Qərargahının (SHAPE) nümayəndəsi polkovnik İqor Tabulov-Truta Bakıda keçirilən “NATO günləri”ndə deyib.

"Nail olduğu böyük tərəqqiyə görə Azərbaycan Silahlı Qüvvələrini təbrik etmək istəyirəm. Silahlı Qüvvələrin müxtəlif komponentləri Əməliyyat Potensialı Konsepsiyası sayəsində uğurla tam döyüş qabiliyyəti səviyyəsinə çatıb. Bu, böyük nailiyyətdir", - polkovnik bildirib.

Onun sözlərinə görə, “NATO günləri” nəinki qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparmağa, həm də Azərbaycan Silahlı Qüvvələrində xidmət edən kişilərin, qadınların göstərdiyi peşəkarlıq və fədakarlıqla əyani tanış olmağa imkan verib.

"Azərbaycan NATO-nun güclü tərəfdaşı olub və olmaqda davam edir. Bu ölkənin NATO missiyalarına və əməliyyatlarına verdiyi töhfə həmişə əhəmiyyətli olub", - o vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində noyabrın 20-dən 25-dək Bakıda “NATO günləri” keçirilib. /Report


SON XƏBƏRLƏR

30 Yanvar 2023